Rəşad Məcid: "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"

Rəşad Məcid:  "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"
calendar 18 sentyabr 2024
clock 13:00

"Mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm".

Kulis.az xəbər verir ki, bu sözləri AYB-nin sədr müavini Rəşad Məcid deyib:

“Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq. Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də, ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm".

Qeyd edək ki, Elza Seyidcahanın “Tüpürüm sizin ağzınıza” adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news