"Kitab gücdür. Kitab oxuyan adamı əzmək, sındırmaq çətindir".
Bu sözləri Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcid Kulis-ə açıqlamasında deyib.
"Bu mənada indi Azərbaycanın da elə dövrüdür ki, hamımız möhkəm olmalıyıq.
Kitab sərgilərində tamam fərqli aura olur. Burada çox xoşbəxt oluram. Sevdiyim, gözəl, istedadlı insanların əhatəsində. Kitab almağa gələn oxucular da fərqli olur. Kitab sərgisinin aurası uzun müddət məni tərk etmir. Çox arzulayıram ki, digər insanlarda da belə olsun
Kitab oxuyan, kitab yazan insanlar ilahi varlıqlardır. İlahi varlıqlarla təmasda olmaq, dəyərli fikir adamları ilə həmsöhbət olmaq çox maraqlıdır. Bayaqdan Seyran Səxavət, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Elçin Əzimli, Solmaz Amanova və müxtəlif yazıçıların tədbirlərində iştirak edirəm".
Rəşad Məcid qeyd edib ki, yazıçıların fikirləri sərgidə maraqla qarşılanır.
"Bu gün professor Vilayət Quliyevlə Elmira Axundovanın Ümumilli liderə həsr olunmuş kitabının təqdimatı keçirildi. Çox dəyərli kitabdır.
Hamını bu sərgidə iştirak etməyə çalışıram. Əminəm ki, Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan kitab sərgisi uzun illər yaddaşlarda qalacaq...".
Rəşad Məcid: "Yazıçılar ilahi varlıqlardır"

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu
17:26
12 iyun 2025

Namiq Qaraçuxurlu onun üçün kömək istədim
10:22
4 noyabr 2024

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...
09:00
2 noyabr 2024

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?
16:48
1 noyabr 2024

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı
15:55
1 noyabr 2024

Qalkin Ukrayna Muzeyində
15:36
1 noyabr 2024