Rəşad Məcid yüksək mükafata layiq görüldü

Rəşad Məcid, yazar

Rəşad Məcid, yazar

calendar 30 noyabr 2021
clock 09:38

Tanınmış yazıçı Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, o, bu mükafata həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi səbəbi ilə layiq görülüb.

Vəqfin başqanı Sərhat Kabaklı qeyd edib ki, Rəşad Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub, onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news