Rəssam plastik heykəlləri ilə ekosistemə diqqət çəkir

Rəssam plastik heykəlləri ilə ekosistemə diqqət çəkir
calendar 28 noyabr 2022
clock 14:30

Antalyada yaşayan Rusiya əsilli tullantı ustası Gözəl Əmirova zibil torbalarından plastik butulkalara qədər bir çox fərqli materialdan istifadə edərək hazırladığı heykəllər ilə ətraf mühitə və ekosistemə diqqət çəkməyə çalışıb.

Kulis.az xəbər verir ki, onun hazırladığı plastik heykəllərin sosial mesajı var.

Yüzlərlə irili-xırdalı heykəl hazırlayan Əmirova heykəllərdə yapışqan, ştapel, mismar kimi köməkçi materiallardan istifadə etmir. Rəssam plastik şüşələri əymək və bükmək üçün şam alovundan istifadə edir. O, son əsəri “Perseus”da dənizlərin və okeanların plastiklə çirklənməsinə diqqət çəkib.

Russanatçı plastik heykelleriyle ekosisteme dikkati çekiyor - 1

Rəssam bu əsərində Yunan mifologiyasında Meduzanı öldürmək tapşırılan və missiyasını başa vurduqdan sonra Meduzanın başını kəsib havaya qaldıraraq heykəlləşən Perseni əlində qılınc tutaraq ətrafındakı plastik tullantılarla mübarizə apararkən əks etdirib.

Russanatçı plastik heykelleriyle ekosisteme dikkati çekiyor - 3

Plastik tullantıların təbiətə böyük ziyan vurduğunu deyən Əmirova qeyd edib ki: “Dənizdə və quruda hər yerdə çox sayda plastik tullantılar görürük. Heykəllərimlə az da olsa bu ekoloji fəlakətə diqqət çəkə bilsəm, sevinərəm. Plastikləri küçələrə, yollara atmaq əvəzinə təkrar emal edib istifadə edə bilərsiniz”.

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news