Reza Deqatinin sərgisi açıldı

Reza Deqatinin sərgisi açıldı
calendar 3 oktyabr 2024
clock 17:49

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində məşhur fotoqraf Reza Deqatinin "Caspian Dreams" sərgisi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, Reza Deqati müasir dövrdə insanların məlumatları şəkillər, görüntülər vasitəsilə ötürməyə və öyrənməyə üstünlük verdiyini deyib:

"Hazırkı dövrdə tarixi hadisələr şəkillərlə, görüntülərlə yaddaşa yazılır, onun vasitəsilə dünyanın dörd bir yanına yayılır. Mən də Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunu dünyaya göstərmək niyyətində idim. Müasir dövrün nəbzini tutaraq Bakı üzərindən bunu etmək qərarına gəldim. Bakının hazırda ən görməli yerlərinin 30 il əvvəlki vəziyyəti ilə indiki halı müqayisəli formada şəkillərdə əks olunub. Kiçik bir nümunə böyük dəyişikliklərin hansı formada olduğunu göstərməyə yetərli oldu. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilmə qərarının təsadüfi olmadığını da göstərməyə çalışmışam. Çünki çəkilən şəkillərdə son 30 ildə həm şəhərin ildən-ilə gözəlləşməsi, həm də ətraf mühitinin sağlamlaşdırılması və təbiətin mühafizəsi istiqamətində görülən işləri aydın görmək mümkündür. Sanki COP29-a illər əvvəldən hazırlıq başlayıb. Yəni illərdir qlobal iqlim dəyişikliyi ilə mübarizə aparılır, ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görülür".

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news