Reza Deqatinin sərgisi keçirildi

Reza Deqati, foto-jurnalist

Reza Deqati, foto-jurnalist

calendar 29 iyun 2022
clock 10:40

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərginin açılışı olub.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov sərginin həm mənəvi, həm siyasi dəyərlərini yüksəldən bir sıra məqamları qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi və bugünkü potensialı gələcəkdə ikitərəfli münasibətlərin inkişaf perspektivi üçün böyük imkanların olduğunu sübut edir. Fransanın səfiri Azərbaycanda Türkiyə səfirindən sonra fəaliyyətə başlayan ikinci diplomat olub. Soltan Məmmədov çıxışında, həmçinin 1993-cü ildə Prezident seçilmiş ulu öndər Heydər Əliyevin ilk xarici səfərinin, eləcə də 2003-cü ildə Prezident İlham Əliyevin səfərinin Fransaya olduğunu xatırladıb, bütün bunların Azərbaycanın Fransa ilə münasibətlərə necə önəm verdiyinin bariz nümunəsi olduğunu bildirib.

Qeyd edib ki, dünyaşöhrətli fotoqraf Reza Deqati otuz il əvvəl, eləcə də işğaldan azad edilmiş torpaqlarda bu gün həyata keçirilən quruculuq işlərinin təsvirini, mənzərəsini fotoyaddaşa köçürən bir sənətkardır. Bu işləri Reza Deqati, həmçinin dünya ictimaiyyətinə çatdırır.

Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.

Qeyd edək ki, Reza Deqati bugünədək 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər, “National Georaphic” jurnalı, eləcə də digər beynəlxalq mətbuatda yer alıb.

Heydər Əliyev Mərkəzindəki “Rezanın daxili Odisseyası” adlı fotosərgi iyulun 27-dək davam edəcək.

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news