Robert de Nironun kölgədə qalan 5 filmi

Robert de Nironun kölgədə qalan 5 filmi
calendar 17 avqust 2023
clock 15:35

Bu gün Oskar mükafatı laureatı, görkəmli aktyor Robert de Nironun doğum günüdür.

Kulis.az bu münasibətlə aktyorun rol aldığı az tanınan 5 filmi təqdim edir.

Qorxu burnu (1991)

Cape Fear - Rotten Tomatoes

Meks Kedi illər sonra həbsxanadan çıxan təcavüzkardır. Vəkili Sem Bouden isə qəsəbələrin birində qızı və həyat yoldaşı ilə yaşayır. Sem Meksin cahilliyindən istifadə eləyib sənədlərdən birini gizlədib. Nəticədə, Meks həbsxanaya düşüb.

Meks artıq ağıllanıb, intiqam almaq üçün qəsəbəyə gəlib və Semin 15 yaşlı qızına göz qoyub.

Sem ilə həyat yoldaşı Lorinin aralarındakı gərginlik Meksin işini daha asanlaşdırır.

Oyanışlar (1990)

Awakenings (1990) - IMDb

Robert de Niro və Robin Uilyamsın baş rollarında olduğu bu film Oliver Saksın eyniadlı avtobioqrafik romanı əsasında ekranlaşdırılıb. Uilyams filmdə yeni dərman icad edən asosial həkimi canlandırır. Dərin yuxuya gedən xəstələrin arasında ilk oyanan isə Robert de Nironun personajı Leonard Loudur.

Komediya kralı (1982)

The King of Comedy - Rotten Tomatoes

Martin Skorseze rejissoru olduğu bu filmdə Robert de Niro həvəskar, amma xəyalpərəst stəndapçı Rubert Papkini canlandırır.

Yaxşı çoban

The Good Shepherd Movie Poster Print (11 x 17) - Item # MOVCJ4623 -  Posterazzi

De Nironun özünü rejissor kimi sınadığı film. Mett Deymon və Ancelina Colinin baş rolları canlandırdığı film Berlin Film Festivalında mükafat qazanmış, eyni zamanda, baş mükafata - Qızıl Ayıya namizəd olub.

Marvinin otağı

Poster Marvin's Room (1996) - Poster Camera lui Marvin - Poster 1 din 6 ...

Li və Bessi illər əvvəl bir-birindən uzaqlaşan 2 bacıdır. Li çılğın, öz həyatını yaşamaq istəyən biridir. Bessi isə ailəcanlıdır. Elə buna görə də atası Marvin və onun qəribə bacısı Ruta baxmaq üçün Floridadakı ata evinə qayıdır. Bir müddət sonra Bessi müxtəlif testlərdən sonra həyatının təhlükədə olduğunu öyrənir. Leykoz diaqnozu qoyulan Bessi üçün yeganə xilas yolu onun qan qrupundan olan birinin iliyinin ona köçürülməsidir

# 1403 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news