Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti
calendar 19 sentyabr 2024
clock 09:25

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti olub.

Kulis.az xəbər verir ki, muzeyin icraçı rəhbəri Günay Əliyeva görkəmli violonçelist Leopold Rostropoviç və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaxın dostluq və yaradıcılıq əlaqələrindən bəhs edib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib. İncəsənət Gimnaziyasının rəhbəri Aytən Əhmədova diqqətə çatdırıb ki, konsert proqramı ilə çıxış edən musiqiçilərin hər biri ölkəmizi bu yaxınlarda beynəlxalq arenalarda uğurla təmsil ediblər. Muzeyin icraçı rəhbəri Günay Əliyeva musiqiçiləri qazandıqları uğurlara görə təbrik edib, gözəl ifalarına görə təşəkkürnamələr ilə mükafatlandırıb.

Tədbirin sonunda dahi bəstəkarımızın həyat və yaradıcılığından bəhs edən qısametrajlı film təqdim olunub.

# 435 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news