Rusiyada kinoteatrlar bağlanır? – Açıqlama

Rusiyada kinoteatrlar bağlanır? – Açıqlama
calendar 30 iyun 2022
clock 10:40

Rusiyada fəaliyyət göstərən kinoteatrların sayı azalıb.

Kulis.az “gazeta.ru”ya istinadən xəbər verir ki, Kino Sahibləri Assosiasiyasının (AVK) statistikasına əsasən Rusiyada fəaliyyət göstərən kinoteatrların sayı üçdə birdən çox azalıb.

Statistikaya görə, buna səbəb Rusiya kinoteatrlarında tamaşaçı sayının az olmasıdır. Beləliklə, iyunun əvvəlində həftə içi gündə ən azı bir tamaşa göstərən kinozalların sayı 2022-ci ilin əvvəli ilə müqayisədə üçdə birdən çox az olub. Məsələn, iyunun 6-da bu göstəricinin azalması bu il yanvarın 5-də olan 5,7 min kinoteatra qarşı 3,6 min zalda 36% təşkil edib. Eyni zamanda, həftəsonu göstərici daha az nəzərə çarpan azalma göstərir – 4 və 5 iyunda yanvar ayı ilə müqayisədə 21% təşkil edib.

Kinoteatrların mövcud vəziyyətə düşməsinə bir ayrı səbəb isə “Warner Bros”, “Universal”, “ Disney ”, “Sony” və “Paramount” kimi Hollivud studiyalarının mart ayından etibarən Rusiyada filmlərin yayımını dayandırmasıdır. Bunun fonunda gəlirlərin və davamiyyətin azalması da kəskinləşir. Assosiasiyanın məlumatına görə, mayın 30-dan iyunun 5-dək olan həftə ərzində 2021-ci ilin orta həftəlik göstəricisi ilə müqayisədə kinoteatrın gəliri 63% azalaraq 681,4 milyon rubla, tamaşaçıların sayı 57% azalaraq 1,2 milyon nəfərə düşüb.

Bununla belə, Cinema Park və Formula Kino birləşmiş şəbəkəsinin nümayəndəsi məsələ ilə bağlı müsahibəsində bildirib ki, fəaliyyət göstərən kinoteatrların sayının azaldılması statistikası onların tamamilə bağlanması və ya konservasiyası demək deyil.

Onun sözlərinə görə, kinoteatrlardan gələn gəlir 2021-ci ilin iyun ayı ilə müqayisədə iki dəfədən çox azalsa da, cəmi iki kinoteatr bağlanıb.

# 1515 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news