Şabranda Şahnaz Şahinlə görüş keçirildi

Şabranda Şahnaz Şahinlə görüş keçirildi
calendar 30 sentyabr 2023
clock 13:17

Şabran rayonu "Xaqani" poeziya evində şair- publisist, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş "Zəfər nəğmələri" və "Şuşa haqqı" kitabları oxuculara təqdim olunub.

Görüşdə şairin qələm dostları və Şabran ziyalıları, eləcə də bir qrup məktəbli iştirak edib.

Tədbiri "Xaqani" Poeziya evinin müdiri şair Aybəniz Əliyar açıb. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Aybəniz xanım Vətən müharibəsinin tariximizdə böyük rol oynadığından, igidlərimizin böyük şücaətindən danışıb. Şahnaz Şahinin yaradıcılığı haqqında ətraflı söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayacağını qeyd edib.

Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd edib ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin "Zəfər nəğmələri" və "Şuşa haqqı" bu mövzuda yazılmış dəyərli əsərlərdəndir.

Tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açıblar.

Daha sonra Şabran MKS-nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bölüşüblər.

Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən söylədiyi nümunələr maraqla dinlənilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

# 1397 dəfə oxunub

Oxşar xəbərlər

Aslan Kənan

Aslan Kənan

15:43 15 oktyabr 2025
"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
menu pen all_news