Saleh Bağırovun verilişi bağlandı

Saleh Bağırovun verilişi bağlandı
calendar 8 sentyabr 2023
clock 10:16

İTV-də Saleh Bağırovun dörd mövsümdür aparıcılığını etdiyi “Gəl, qonaq ol!” verilişi artıq yayımlanmayacaq.

Kulis.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb.

"Azərbaycan reallığında ev formatlı verilişlərin səviyyəsi bəllidir. Əminliklə deyirəm ki, biz ənənəvi stereotipləri darmadağın edib, yeni standartlar yaratdıq. Yüz ölçüb, bir biçdik. Haqq edənlərə yönəltdik kameralarımızı. Ziyalılar, alimlər, həkimlər, müəllimlər, milli qəhrəmanların ailələri, siyasətçilər, iqtisadçılar, şair, bəstəkar, yazıçı, rəssam, incəsənət və elm xadimləri gəlib qonağınız oldular. Sənədli film səviyyəsində tarixiləşdirdik bu şəxsiyyətləri.

Asan yola qaçıb, baxılsın deyə, ancaq müğənnilər üzərində veriliş qurub, reytinq yolunda həlak etmədik özümüzü və mənliyimizi. Zövqləri korlamadıq, bəsit söhbətlərdən qaçdıq. Məzmun və dəyərləri əsas tutduq. Ev proqramının yalnız mətbəx söhbətləri, qazanın içi, soyuducu və yataq otağı olmadan da hazırlamağın mümkün olduğunu sübut etdik.

Düşünürəm ki, bundan sonra hazırlanacaq ev verilişləri üçün bu yeni standartlar bir yol olmalıdır!

Hər bir şey vaxtında gözəl. Bu layihə efir ömrünü başa vurdu. İrəlidə isə tamaşaçılarımızı yeni və gözəl işlər gözləyir".

Axşam.az

# 1147 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news