Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Şamaxıda Hava Şarları Festivalı  keçiriləcək
calendar 3 iyun 2024
clock 18:50

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.

Kulis.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

İyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd edir.

Hava şarlarında turistik uçuşlar hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.

“iTicket.az” saytı vasitəsilə qeydiyyatdan keçən şəxslər isə Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə biləcəklər.

Xatırladaq ki, Şamaxıda ilk Hava Şarları Festivalı ötən ilin iyununda keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.

# 558 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news