“Samsung”dan sual və təəccüb dolu 2024

“Samsung”dan sual və təəccüb dolu 2024
calendar 17 yanvar 2024
clock 10:00

2024 gələr-gəlməz Samsung texnoloji yenilikləri ilə bazara yeni nəfəs verməyə başlayıb. Görünür, texnonəhəngin dərinliklərində qlobal çağırışlara cavab çoxdan hazırlanır.

Kulis.az xəbər verir ki, internet və çöl reklamlarında “AI gəlir” deyə ismarış verən Samsung, deyəsən, smartfon anlayışını yeni mərhələyə çıxarmağa hazırlaşır. Belə olarsa, əvvəlcə telefon, ardınca təkamül edərək smartfon adlandırılan cihaz Samsungun yüngül əli ilə yeni dövrün, yeni anlayışın, yeni yanaşmanın əsasını qoyacaq.

Süni zəka (AI – artificial intelligence, ingiliscə) yeni flaqman cihaza hansı üstünlüklər verə bilər? Ola bilsin ki, cihaz təhlil tələb edən bir qrup əməliyyatı vahid çətir altında toplasın. Və ya genişləndirilmiş təhlil imkanları ilə istifadəçilərə yeni fürsətlər versin. Ola da bilsin ki, bu yeni texniki fürsətlər rəqəmsal bazarda dəyişikliklərə gətirib çıxarsın.

Yeni yayımlanan kommunikasiyada diqqət çəkən daha bir ünsür çarxın sonuna yaxın görünən dairədir. Maraqlıdır, bu süni zəka ilə bağlıdır, yoxsa yeni kameraya işarədir?

Ehtimal ki, kameraya aidiyyatı olmadan çarxda obyektivi xatırladan dairə çəkilməzdi. Amma Samsung mobil bazarı bundan əvvəlki flaqmanlarda da kamera keyfiyyəti ilə təəcübləndirə bilmişdi. Ancaq o cihazların ilkin çarxlarında süni zəka yox idi. Burada isə kamera obyektivini xatırladan dairə “AI gəlir” ifadəsinin ətrafında fırlanır. İnanmaq çətin olsa da, ağıla gələn tək ehtimal kameranın süni zəka imkanları ilə zənginləşdirilməsidir. Bu halda bu cür kamera istifadəçiyə hansı üfüqləri açacaq? Həvəskar və peşəkar istifadəçilər nə cür cavab verəcək? Hər halda Samsung kimi texnonəhəng buna da hazır olar.

Yazılanlar bir ehtimaldır, daha dəqiq və ətraflı məlumat Samsung tərəfindən rəsmi təqdimatda açıqlanacaq. Hər halda yanvarın 17-nə az qalıb.

Galaxy Unpacked 17 Yanvar saat 22:00-da rəsmi YouTube kanalımızda

# 916 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news