“Sazın, sözün kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirildi

“Sazın, sözün kəlağayılı Güllüsü''  kitabının təqdimatı keçirildi
calendar 24 sentyabr 2024
clock 13:03

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sazın, sözü kəlağayılı Güllüsü” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın müəllifi yazıçı və araşdırmaçı Vaqif Osmanlı, redaktoru Lalə İsmayıl, rəyçi isə Vüsal Sehranoğludur.

Təqdimatda şairlər Rafael Tağızadə, Brilyant Atəş, Qabil Nəbi, Nigar Xəlilova, Mahir Cavadlı, politoloq, yazıçı Reyhan Mirzəzadə, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, bəstəkar Yaqut Almaz, 225 nömrəli məktəbin direktoru Zemfira Rusalova, türkoloq, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxış edərək, kitab haqqında fikirlərini bölüşüblər.

Kitabın müəllifi Vaqif Osmanlı diqqətə çatdırıb ki, yeni nəşr şair, publisist Güllü Eldar Tomarlının 55 illik yubileyinə töhfədir. Onun sözlərinə görə, kitab publisistin ömür yolundan, yaradıcılığından, ictimai fəallığından bəhs edir. Kitabın növbəti hissəsinin nəşr olunacağını deyən Vaqif Osmanlı qeyd edib ki, bu mərhələdə kəlağayı haqqında şeirlərin başqa dillərə tərcümə olunması nəzərdə tutulub.

Sonda Güllü Eldar Tomarlı iştirakçılara təşəkkürünü bildirib və layihənin önəmindən danışıb.

# 496 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news