“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir
calendar 19 aprel 2024
clock 15:30

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində qədim kəlağayıların nümayiş olunan sərgi ilə tanış olublar.

Kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

“Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı Muzeyi” yaradılıb.

Güllü Eldar Tomarlı sədri olduğu birliyin təşkilatçılığı nəşr olunmuş kəlağayını vəsf edən dörd kitabı universitetin Elmi Kitabxanasına hədiyyə edib.

Sonra kəlağayıya həsr olunmuş ədəbi-bədii kompozisiyada təqdim olunub.

Qeyd edək ki, “Sazlı, sözlü kəlağayı günləri” Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə və digər təhsil ocaqlarında silsilə tədbirlərlə davam edib.

# 746 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news