“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş oldu

“Sənətkarın dostu”  layihəsi çərçivəsində növbəti görüş oldu
calendar 4 oktyabr 2024
clock 14:03

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Kulis.az xəbər verir ki, Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində təşkil olunan görüşdə Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və kamança ifaçısı Mehri Əsədullayeva iştirak ediblər. Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov çıxışında layihənin gənclərlə sənət nümayəndələri arasında bir körpü rolu oynadığını vurğulayıb.

Görüşdə kamança aləti və onun ifaçılıq ənənələrindən danışılıb. Həmçinin milli musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, insan təbiətinə və gənclərin musiqi zövqünün formalaşmasına təsiri barədə söhbət aparılıb.

Səmray Əliyevanın moderatorluğu ilə keçirilmiş tədbirdə Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbinin 10-cu sinif şagirdi Ceyhun Aslanlı və qonaqların ifasında müxtəlif musiqi əsərləri təqdim olunub.

Sonda professor Arif Əsədullayev kamança aləti ilə bağlı kitablarını mərkəzə hədiyyə edib.

Qeyd edək ki, “Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur. Layihə mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir.

# 550 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news