Seymur Baycandan yeni kitab

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

calendar 28 fevral 2022
clock 13:00

Seymur Baycanın yeni hekayələr kitabı nəşr olunub.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, Qanun Nəşrlər Evində işıq üzü görən kitab “Gecikmiş hekayələr” adlanır.

"Gecikmiş hekayələr"in annotasiyasında kitab haqqında məlumat verilib:

"Bizim yaxşı tanıdığımıza əmin olduğumuz Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. “Gecikmiş hekayələr”də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır – Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim etməyi çox yaxşı bacarıb. Bu hekayələr bizim ədəbiyyatımızda həm bir ilk olmaqla yanaşı, həm də 2000-ci illərin əvvəllərindən başlayaraq alatorançıların “ədəbiyyatın başına açdığı oyunların” üzvi davamıdır. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq".

Xatırladaq ki, kitab ikinci dəfə nəşr olunur.

# 2242 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news