Seyran Səxavət: "Azərbaycan dili bu gün reanimasiyadadır, can verir"

Seyran Səxavət:  "Azərbaycan dili bu gün reanimasiyadadır, can verir"
calendar 6 aprel 2023
clock 13:43

"Azərbaycan dili bu gün reanimasiyadadır, can verir".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin "Mahnılarımız monitorinq aynasında" adlı tədbirində yazıçı Seyran Səxavət deyib.

Yazıçı dilin qorunması üçün təşəbbüslərin vacibliyini diqqətə çatdırıb.

"Mən xahiş edirəm, bu dili qoruyaq. Mən bu dilin xətrini hamıdan çox istəyirəm. Bu dil mənim hər şeyimdir. Hamımızın hər şeyidir. Ən məşhur mahnılarda elə sözlərə rast gəlirəm ki, şoka düşürəm. Oxuyan adam Xalq artistidir. Bəs bu adam oxuduğu mahnının sözlərini eşitmir?

"Şeir-sənət keşiyisən,
Göy Xəzərin beşiyisən,
Abşeronum mənim".

Bu nədir? Şeir-sənət keşiyi nə deməkdir? Abşeron elə Xəzər dənizinin içindədirsə, necə Xəzərin beşiyi olur?

Yaxud;

Sən tel ol, mən daraq
Bir yerdə olaq.

Bu cür mahnıları oxuyan adamlar sözləri eşidəndə özləri özlərini başa düşürmü? Yox. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam", - yazıçı əlavə edib.

# 1997 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news