“SHORTS MEXİCO” beynəlxalq film festivalı keçiriləcək

“SHORTS MEXİCO”  beynəlxalq film festivalı keçiriləcək
calendar 29 mart 2023
clock 16:40

Sentyabrın 1-30-dək Meksikada “SHORTS MEXİCO” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il 18-ci ildönümünü qeyd edən, Latın Amerikasındakı ən böyük ixtisaslaşmış qısametrajlı film festivalı olan “SHORTS MEXİCO”, dünyanın hər yerindən yeni başlayan və tanınmış kinorejissorların yaradıcılığını dəstəkləyən və təbliğ edən bir platformadır.

Festivalı əsas vəzifələri milli və beynəlxalq qısametrajlı filmləri sərgiləmək, yaymaq, təbliğ etmək, istehsalı artırmaq, izləyicilər və film istehsalçıları arasında qarşılıqlı əlaqələr qurmaq, yeni publika və format yaratmaq, kinematoqrafiya peşəkarlığını və yaradıcılığını dəstəkləməkdən ibarətdir. 15-dən çox ölkədə milli və beynəlxalq tura sahib olan festivalın təşkilatçıları hər il seçim üçün 5000-dən çox qısametrajlı filmi qeydiyyata alırlar. Festivalın son buraxılışlarında Meksika üzrə 60-dan çox məkanda 1 milyondan çox izləyici qeydə alıb. Festivalın təsisçisi və direktoru Xorge Maqana, proqramlaşdırma direktoru isə filmin kuratoru və prodüseri Isaak Basultodur.

2011-ci ildən bəri festivalda, bəzi aktyorların əsərlərini əks etdirən xüsusi bir proqram yaradılıb.

2012-ci ildə iştirakçıların qısametrajlı film ssenarilərini təqdim etdiyi müsabiqənin davam etdirilməsinə qərar verilib.

2013-cü ildə Meksika kinosunda yeni istedadları tanıtmaq üçün yarış proqramı, 2019-cu ildə isə iştirakçıların qısametrajlı film layihələrini təqdim etdiyi qısa film pitçinq müsabiqəsi yaradılıb.

Xüsusilə qısametrajlı filmlərə həsr olunmuş festival 2023-cü il üzrə dünyanın dörd bir yerindən mindən çox filmin təqdim olunacağı ən böyük hadisə hesab olunur.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news