Siracla Məhərrəmin adına Türkiyədə mükafat təsis olundu

Siracla Məhərrəmin  adına Türkiyədə mükafat təsis olundu
calendar 23 dekabr 2021
clock 14:40

Ankarada Türkiyə Xəbər Video-operatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” (Zum) 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə cari il iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafat da təqdim edilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində məlumat verilib ki, Türkiyə Xəbər Videooperatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Braziliya da daxil olmaqla yaxın və uzaq xarici ölkələrdən ümumilikdə 105 video göndərilib.

Tədbirdə nüfuzlu jüri tərəfindən 9 kateqoriyada müəyyən edilən qaliblərə mükafatlar təqdim edilib. Fərqlənən videolar Türkiyə və dünyanın müxtəlif bölgələrində, o cümlədən qaynar nöqtələrdə baş verən hadisələri əks etdirib.

Türkiyənin nüfuzlu telekanallarından olan NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”in əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Qarabağda apardıqları çəkilişlərə görə nüfuzlu mükafata layiq görülüblər.

Mərasimdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafata Azərbaycan Televiziyasının müxbiri Anar Şuşalı və operatorlar İlkin Mehdiyev və Daşqın Abdullayev layiq görülüblər.

Mükafatı təqdim edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlər məhz jurnalistlər, videooperator və fotomüxbirlərin əməyi sayəsində dünya ictimaiyyətinə çatdırılıb.

Təqdimetmə mərasimində bir neçə dəfə ikinci Qarabağ savaşını, eləcə də təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı tətbiq etdiyi raket zərbələrini əks etdirən, həmçinin şəhid həmkarımız AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun işğaldan azad olunan bölgələrdə şərəfli vəzifələrini yerinə yetirərkən çəkilmiş kadrlar nümayiş olunub.

# 1444 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news