“Slavyan yazısı və mədəniyyəti günü” qeyd edildi

“Slavyan yazısı və mədəniyyəti günü”  qeyd edildi
calendar 28 may 2024
clock 10:22

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü”nə həsr olunmuş konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin açılışında Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov və Bakı şəhəri Müqəddəs Miradaşıyan Qadınlar Katedralının klir üzvü, protoiyerey Andrey Bezotosnı çıxış ediblər.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Alena İnyakina Slavyan yazısı və mədəniyyəti günü bayramının yaranma tarixi barədə məlumat verib.

Rəngarəng musiqi proqramına daxil olan dini və dünyəvi klassik əsərləri Birləşmiş xor hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakı şəhəri Müqəddəs Baş mələk Mikayıl məbədinin xoru, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solistləri Yuliya Heydərova və Türkel Tariqpeym, konsertmeyster Larisa Zairbekova, BMA məzunu Maqsud Musazadə və BMA tələbəsi Amin Heydərov, eləcə də Kristina Əfəndiyevanın rəhbərliyi ilə Müqəddəs Baş mələk Mikayıl məbədinin bazar günü məktəbinin şagirdlərinin ifasında səsləndirilib.

# 605 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news