Son Eneolit və Antik dövrlərə aid maddi mədəniyyət nümunələri aşkar edildi - Foto

Son Eneolit və Antik dövrlərə aid maddi mədəniyyət nümunələri aşkar edildi - Foto
calendar 21 iyul 2023
clock 13:30

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikada aparılan qazıntı işlərinin həyata keçirilməsi zamanı ekspedisiyaların fəaliyyətinin yerində yoxlanılması üçün akademik İsmayıl Hacıyevin sədrliyi ilə yoxlama komissiyası yaradılıb.

Kulis.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, komissiyanın üzvləri Tumbultəpə və Meydantəpə yaşayış yerlərində aparılan arxeoloji qazıntıların vəziyyəti ilə tanış olublar.

Tumbultəpə yaşayış yeri Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində yerləşir. Ekspedisiyanın rəhbəri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir.

Komissiya üzvlərini aparılan araşdırmalarla tanış edən Vəli Baxşəliyev rəhbərlik etdiyi Tumbultəpə arxeoloji ekspedisiyasının qazıntılar zamanı aşkar etdiyi maddi mədəniyyət nümunələrini, abidə ilə bağlı əldə olunan yeni elmi nəticələri və yaşayış yerinin gələcək araşdırmalar üçün vəd etdiyi perspektivləri diqqətə çatdırıb. Alim bildirib ki, Tumbultəpə yaşayış yerinin araşdırmaları zamanı Son Eneolit dövrünə və Antik dövrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Abidə qəbir abidələrinin qazılması nəticəsində dağıntıya məruz qalsa da, ərazinin qədim sakinlərinin dördkünc formalı yarımqazma tipli evlərdə yaşadığı öyrənilib. Tədqiqatçı qeyd edib ki, karbon analizlərin nəticələri abidəni daha dəqiq tarixləndirməyə imkan verəcək və bu nəticələr yekun hesabatda öz əksini tapacaq. Tumbultəpə yaşayış yerindən yeni əldə olunan materiallar bölgənin qədim dövr tarixini daha dərindən öyrənməyə imkan verəcək.

Qeyd edək ki, Vəli Baxşəliyev həm də Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Azərbaycan üzrə rəhbəridir. Müasir dövr Naxçıvan arxeologiyasının yeni elmi faktlarla zənginləşdirilməsində, bir sıra abidələrin aid olduğu dövrün müəyyənləşdirilməsində və tarixi faktların dəqiqləşdirilməsində Vəli Baxşəliyevin mühüm əməyi var.
Daha sonra komissiya üzvləri Babək rayonunun Cəhri kəndi ərazisində, Naxçıvançayın sağ sahilində yerləşən Meydantəpə yaşayış yerində aparılan arxeoloji araşdırmaların vəziyyəti ilə tanış olublar. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov rəhbərlik etdiyi ekspedisiya zamanı əldə olunan yeni arxeoloji materiallar, abidənin strukturu, habelə bu qədim yaşayış yerinin tədqiqi ilə bağlı gələcəkdə aparılması nəzərdə tutulan işlər və abidənin tarixi əhəmiyyəti barədə məlumat verib.

Hər iki ekspedisiyanın işinin uğurla aparıldığı qənaətinə gələn komissiya üzvləri bu tədqiqatların gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

# 766 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news