"Şuşa İli"nə həsr olunan muğam festivalı başa çatdı

"Şuşa İli"nə həsr olunan muğam festivalı başa çatdı
calendar 24 may 2022
clock 16:20

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə Şuşa rayonu və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.

Kulis xəbər verir ki, iki mərhələdən ibarət festival 9-12 və 13-17 yaş qrupları üzrə keçirilir. Festivalın birinci mərhələsinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri tərəfindən keçirilib. Artıq Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı, Ağcabədi, Ağdaş, Biləsuvar, Lənkəran, Masallı, Şəki, Gəncə və Bərdə Regional Mədəniyyət idarələrinin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb.

Münsiflər heyətinin qərarına əsasən, region mərhələsi üzrə 1-ci yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın finalı Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

# 1443 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news