“Şuşa yaradıcılıq emalatxanası” layihəsi yekunlaşdı

“Şuşa yaradıcılıq emalatxanası” layihəsi yekunlaşdı
calendar 1 sentyabr 2022
clock 16:20

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etməsi haqqında müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixində mədəniyyət beşiyimiz Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilmişdir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Türkiyədən və Azərbaycandan olan 30-a yaxın müxtəlif yaş qrupundan olan yaradıcı insanlar Şuşa qalasını, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş abidələrini, Üzeyir Hacıbəylinin evini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı və Aşağı Gövhər ağa həmçinin Mamayı məscidlərini, Bülbülün ev muzeyini, Şuşa həbsxanasını, Şirin su hamamını ziyarət etmiş dağıdılmış evlərə baxmışlar.

Bəstəkar, musiqişünas, dramaturq, keramika, bədii tikmə, oymaçı, misgər, qiraətçi, şair, yazıçı, bloggerlərin təmsil olunduğu layihə iştirakçıları səfərdən xoş təəssüratlarla ayrılmışlar.

Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, zəngin tariximiz, mədəni irsimiz və ənənələrimizi yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya təqdim olunacaqdır.

# 1638 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news