Şuşanın poçt markası hazırlanıb

Şuşanın  poçt markası hazırlanıb
calendar 14 oktyabr 2023
clock 14:00

TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə poçt markası hazırlanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 14-də I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markasının "Birinci gün zərfi"nin üzərində rəsmi olaraq möhürlənməsi mərasimi keçirilib.

"Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova poçt markası haqqında məlumat verib. Qeyd edib ki, buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla hazırlanıb. Blokun üzərində "Şuşa-2023" loqosu, TÜRKSOY-a üzv ölkələrin bayraqları və Şuşanın atributları həkk olunub. Müəllif rəssam Orxan Qarayevdir.

Bildirib ki, ötən il Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Həmin markaların üzərində Şuşanın tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bu markalardan ibarət "Şuşa poçt markalarında" adlı kitab da nəşr olunub.

Daha sonra mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən markalara möhür vurulub, imzalar çəkilib.

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə poçt markası hazırlanıb Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə poçt markası hazırlanıb

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news