Tahir Salahovun sərgisi təqdim ediləcək

Tahir Salahov, Xalq rəssamı

Tahir Salahov, Xalq rəssamı

calendar 23 dekabr 2021
clock 14:00

Tretyakov Qalereyası Heydər Əliyev Fondu ilə birgə SSRİ və Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisini təqdim edəcək.

Kulis.az qalereyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Tretyakov Qalereyasının, Moskva Şərq xalqları Muzeyinin və Azərbaycan muzeylərinin kolleksiyalarından rəssamın 50 əsəri təqdim olunacaq Tahir Salahovun Avropada ilk böyük beynəlxalq sərgisi olacaq.

“Tretyakov Qalereyası CSAR Mərkəzi, Ca'Foscari Venesiya Universiteti, Moskvadakı Dövlət Şərq Muzeyi və Heydər Əliyev Fondu ilə birlikdə Tahir Salahovun sərgisini təqdim edir. Bu, Tahir Salahovun Avropada ilk iri beynəlxalq sərgisidir və burada rəssamın Tretyakov Qalereyası, Moskvadakı Şərq Xalqları Muzeyi və Azərbaycan muzeylərinin kolleksiyalarından 50 əsəri nümayiş etdiriləcək”, - Tretyakov Qalereyasının 2022-ci il üçün planlar ilə bağlı məlumatda deyilir.

Dünya şöhrətli rəssam Tahir Salahovun əsərlərindən ibarət sərgi aprel-sentyabr aylarında keçiriləcək. Bu, 1962-ci ildə Venesiya biennalesində iştirak edən üç "sərt üslublu" sovet rəssamına həsr olunmuş layihənin davamı olacaq.

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news