Tanınmış aktrisanın xatirəsi yad edildi

Tanınmış aktrisanın xatirəsi yad edildi
calendar 14 mart 2022
clock 11:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş olunub. Səhnə əsərinin budəfəki təqdimatı uzun illər Akademik Musiqli Teatrda çalışmış aktrisa Lütviyyə Səfərovanın 80 illik yubileyinə həsr olunub.

Kulis.az xəbər verir ki, quruluçu rejissoru Xalq artisti Cənnət Səlimova olan bu tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gültac Əlili, Şaban Cəfərov, Fərid Rzayev, Elməddin Dadaşov, Təranə Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Rahib və Nuray Məmmədzadələr ifa edibdilər.

Xatırladaq ki, Lütviyyə Səfərova müxtəlif illərdə “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz və Sənəm obrazınlarını canlandırıb.

Lütviyyə Şamil qızı Səfərova 11 mart 1942-ci ildə ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra Musiqili Komediya Teatrına (Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş adı) dəvət olunub. Elə ilk günlərdən özünəməxsus ifa tərzi ilə seçilən aktrisa “Hicran” komediyasında Çarleston, “Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Məmmədəli kurorta gedir”də Xurşud, “Sevindik qız axtarır”da Nazik, “Ev bizim, sirr bizim”də Çiçək, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar, “Bankir adaxlı”da Ceyran, “Volqalı canan”da Şəlalə, “Nəğməli Könül”də Qəmər xanım və digər tamaşalarda rəngarəng obrazlar qalereyası yaratmışdır.

O, 1989-cu ildən 1996-ilədək Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında çalışıb, sonra isə yenidən əvvəlki doğma iş yerinə qayıdıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollarda çıxış etmiş aktrisa sonuncu dəfə 2006-cı ildə “Qısqanc ürəklər” tamaşasında Natella obrazı ilə səhnəyə çıxmışdır.

L.Səfərova 2010-cu il mart ayının 1-də vəfat edib.

Allah rəhmət eləsin.

# 1752 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news