“Tanrının xilas əli” filminin təqdimatı oldu

“Tanrının xilas əli” filminin təqdimatı oldu
calendar 17 iyul 2023
clock 14:20

Bakı Gənclər Mərkəzində “Tanrının xilas əli” bədii-sənədli filminin təqdimat mərasimi təşkil olunub.

Kulis.az xəbər verir ki, ekran əsəri 1958-ci ildə Bakıda, Xəzər dənizində batan azyaşlı qızları xilas edərkən həlak olan məktəbli Tofiq Hüseynovun qəhrəmanlığından bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə çıxış edərək, ötən əsrin ortalarında adı bütün respublika ərazisinə yayılmış, sorağı keçmiş SSRİ-nin mərkəzi Moskva şəhərində rəsmi dairələrə qədər çatmış, eyni zamanda Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin şagirdi olmuş Tofiq Hüseynov haqqında filmin çəkilməsində əsas məqsədin qısa ömrünə böyük qəhrəmanlıq sığdıran 17 yaşlı məktəblini müasir dövrün gənclərinə tanıtmaq, xatirəsini əbədiləşdirmək olduğunu bildirib.

Tofiq haqqında ilk ekran işinin hələ SSRİ dövründə, 1972-ci ildə görkəmli rejissor, Xalq artisti Eldar Quliyev tərəfindən ərsəyə gətirilən “Var olun, qızlar...” bədii filmi olduğunu deyən rejissor “Tanrının xilas əli” sənədli filmi ilə növbəti dəfə, daha real faktlar və şahid xatirələri ilə qəhrəmanın həyatına işıq tutmağa çalışdıqlarını bildirib.

Tofiq Hüseynovun obrazını səsləndirmiş Əməkdar artist Şövqi Hüseynov, baş rolun ifaçısı Ceyhun Abasov və gənc qəhrəmanın ailə üzvləri, yaxınları çıxışlarında filmi yüksək qiymətləndirərək, böyük mənəvi əhəmiyyəti olan ekran əsəri kimi daha geniş nümayiş olunması təklifini irəli sürüblər.

Daha sonra “Tanrının xilas əli” sənədli filmi tamaşaçılara təqdim olunub.

Ekran əsərində Tofiq Hüseynovun qısa, lakin mənalı həyatı, qəhrəmanlıq hekayəsi bədii-sənədli formada təqdim edilib. 65 il ərzində ilk dəfə olaraq, canlı şahidlər hadisə ilə bağlı öz xatirələrini bölüşüblər.

Qeyd edək ki, filmin operatoru Anar Seyidov, məsləhətçisi Əməkdar incəsənət xadimi Cəmil Quliyev, icraçı prodüseri Qənirə Qurbanlıdır. Filmdə Tofiq Hüseynov rolunu Ceyhun Abasov ifa edir.

# 799 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news