“Tarix” animasiya filmi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

“Tarix” animasiya filmi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
calendar 25 oktyabr 2023
clock 15:52

“Tarix” qısametrajlı animasiya filmi Portuqaliyada keçirilən “Oscar” Mükafatına və Kanada Ekran Mükafatlarına klassifikasiyalı 47-ci “CINANIMA – Festival lnternacional de Cinema de Animação” Festivalının “Grand Panorama” proqramına seçilib.

Kulis.az xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyandan verilən məlumata görə, noyabrın 13-dən 19-dək keçiriləcək festival çərçivəsində “Tarix” filminin eyni zamanda Portuqaliya məktəblərində azyaşlı uşaqlar üçün nümayişi təşkil olunacaq.

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə "OB FILM" tərəfindən istehsal olunmuş "Tarix" filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.

Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci "ANIMAFILM International Animation Festival"da, Hindistanda 19-cu "Aakruti-My Creation International Film Festival"da (Quarter-Finalist), Filippində "Batangas Balisong Film Festival"da (Nominant), Xorvatiyada keçirilən 14-cü "VAFI & RAFI - International Children and Youth Animation Film Festival"da, Qazaxıstanda 3-cü “Altın Saka” Beynəlxalq Animasiya Filmləri Festivalında (Qalib) və İtaliyada 3-cü “Festival del Cinema di Cefalu” Festivalında (Nominant) iştirak edərək ölkəmizi təmsil edib.

# 830 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news