Təcavüzdə ittiham olunan Jerar Depardyedən yeni xəbər

Təcavüzdə ittiham olunan Jerar Depardyedən yeni xəbər
calendar 28 oktyabr 2024
clock 15:23

Təcavüzdə ittiham olunan fransalı aktyor Jerar Depardye məhkəməyə gəlməkdən imtina edib.

Kulis.az xəbər verir ki, aktyor səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilməyəcəyini deyib.

"Jerar Depardye son dərəcə kədərlidir və təəssüf ki, həkimləri onun məhkəməyə gəlməsini qadağan edir" deyə, Depardyenin ​​vəkili Ceremi Assou açıqlayıb.

O əlavə edib ki, aktyor məhkəmənin sonrakı tarixə təxirə salınmasını xahiş edəcək.

Qeyd edək ki, aktyora qarşı ittihamlar ilk dəfə 2018-ci ildə irəli sürülüb. Aktrisa Şarlotta Arnuyanın iddialarına görə, o, avqustda aktyorun evində keçirilən tamaşanın məşqləri zamanı Depardye tərəfindən iki dəfə təcavüzə məruz qalıb. Depardye isə ittihamları rədd edir.

Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir. Məhkəmə hələ də bu şikayətlərlə bağlı son qərarı açıqlamayıb.

# 384 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news