Tom Ford moda aləmindən niyə uzaqlaşdığını açıqladı

Tom Ford moda aləmindən niyə uzaqlaşdığını açıqladı
calendar 11 dekabr 2023
clock 18:08

Məşhur amerikalı modelyer Tom Ford son müsahibəsində özünün eyni adlı moda brendi "Tom Ford"u niyə satdığını açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi bunun bir neçə səbəbinin olduğunu qeyd edib:

"Şirkətimi satmağımın bir neçə səbəbi var. 35 ildən sonra hiss etdim ki, dəb haqqında deyə biləcəyim hər şeyi demişəm. Səhnədən nə vaxt gedəcəyini bilmək vacibdir. 62 yaşım var. Ümid edirəm ki, 82 yaşıma qədər bundan daha yaxşı yaşaya biləcəyəm. Buna görə də həyatımın növbəti 20 ilini film çəkməyə sərf etmək istəyirəm".

Tom Ford moda sənayesindən niyə uzaqlaşdığını açıqladı - 1

Ford modanı 30-50 yaş arası insanların dünyası adlandırıb: "Yaşım artdıqca yazıçılıq və memarlıq kimi peşələr məni daha çox cəlb edir. Dizaynerlər 62 yaşında nadir hallarda moda dünyasını tərk edirlər. Mən bunu etdim və daha çox pul qazanacağım işə başladım”.

Qeyd edək ki, T.Ford 2009-cu ildə "Bir adam" və 2016-cı ildə "Gecə heyvanları" filmlərinə rejissorluq edib.

# 692 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news