Tom Hanks ilk romanını çap etməyə hazırlaşır

Tom Hanks

Tom Hanks

calendar 30 sentyabr 2022
clock 16:30

“Forrest Gump” və “Cast away” filmlərinin məşhur aktyoru Tom Hanks 2023-cü il mayın 9-da debüt romanı olan "Növbəti böyük kinematoqrafiya şedevrinin yaradılması" (“The Making of Another Major Motion Picture Masterpiece”) adlı debüt romanını təqdim edəcək.

Kulis.az xarici KİV-lərə istinadla xəbər verir ki, kitabda T.Hanks 1940-cı illərdən bu günə qədər komikslər sayəsində yaradılan superqəhrəman filminin istehsalından danışacaq. Romanda bəhs olunacaq komiks də rəssam Robert Sikoryakın köməyi ilə aktyorun özü tərəfindən hazırlanıb. Əsərin süjet xətti üç zaman kəsiyində cərəyan edəcək: 1940-cı illərdə, 1970-ci illərdə və indiki dövrdə.

T.Hanksin sözlərinə görə, kitab əsasən onun kino sənayesindəki öz təcrübəsini əks etdirir. Kitabın süjetinə görə, 1947-ci ildə Amerika əsgəri İkinci Dünya müharibəsindən sonra evə qayıdır və beş yaşlı qardaşı oğlunda xoş təəssürat yaradır. Oğlan daha sonra böyüyür və əmisini qrafik romanının personajlarından birinə çevirir.

Qeyd edək ki, "Növbəti böyük kinematoqrafiya şedevrinin yaradılması" romanı Tom Hanksin nəşr olunacaq ikinci kitabı olacaq. 2017-ci ildə aktyor yazdığı "Qeyri-adi insan" adlı qısa hekayələr toplusunu təqdim edib.

# 1314 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news