Tural Turanın yeni kitabı təqdim olundu

Tural Turanın yeni kitabı təqdim olundu
calendar 7 may 2022
clock 10:00

Mayın 6-da "Teleqraf Media Holdinq"də yazıçı, şair, prezident təqaüdçüsü Tural Turanın "Möhtəşəmliyin Çöküşü" adlı şeir kitabının təqdimatı və imza günü keçirildi.

Kulis.az xəbər verir ki, tədbiri yazıçı, şair, publisist Qurban Yaquboğlu açıdı. O, T.Turanın yaradıcılığını yüksək qiymətləndirərək, bu tədbirin moderatorluğunu etməkdə şad olduğunu bildirdi.

Təqdimat mərasimində "Teleqraf Media Holdinq"in rəhbəri Aynur Camalqızı Tural Turanı şair kimi də, jurnalist kimi də yüksək qiymətləndirdi.

Həmçinin şair Rüstəm Behrudi, araşdırmaçı jurnalist Aydın Can, sənətşünas Fəxri Məmmədzadə, kitabın ön sözünün müəllifi, şair Emil Rasimoğlu şair, yazıçı, publisist Ümid Nəccari, şair, yazıçı, publisist Ulucay Akif, yazıçı, şair Səttar Temuçin, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Ağ Partiya"nın sədri Tural Abbaslı çıxış etdi. Tural Turan təqdimatda öz şeirlərini səsləndirdi. Şair iştirakçılara öz təşəkkürünü bildirdi. Böyük maraqla keçən tədbir şairin kitabları imzalaması ilə yekunlaşdı.

Xatırladaq ki, bu Tural Turanın biri özbəkcə olmaqla sayca altıncı kitabıdır.

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news