“Türk dünyasından hekayələr” adlı antologiya nəşr olundu

“Türk dünyasından hekayələr”  adlı antologiya nəşr olundu
calendar 24 sentyabr 2024
clock 18:40

Azərbaycan Respublikası Gənclər Fondunun fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Məleykə Mirzəlinin həyata keçirdiyi “Türk dünyası hekayələrdə” layihəsi çərçivəsində “Türk dünyasından hekayələr” adlı kitab nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan çağdaş yazarların yaradıcılıq nümunələri yer alıb. Türk inanc sisteminin, etnoqrafik ünsürlərinin, milli dəyərlərinin, tarixinin, ədəbiyyatının və s. əks olunduğu hekayələr seçilərək Azərbaycan türkcəsinə uyğunlaşdırılıb və kitablaşdırılıb.

Antologiya aşağıdakı hekayələrdən ibarətdir:

Çağdaş ədəbiyyatımızdan Şəmil Sadiqin “Tanrının şeytan axtarışı” adlı hekayəsi;
Güney Azərbaycan ədəbiyyatından Ümid Nəccarinin “Ucalan bayraqlar, susmayan şüarlar” adlı hekayəsi;
Türk ədəbiyyatından Emre A.Aladağın “Qarğa lələyi” adlı hekayəsi;
Özbək ədəbiyyatından Şəhadət Uluğun “Böyük tənhalıq” adlı hekayəsi;
Qazax ədəbiyyatından Malik Otarbayevin “Son odun” adlı hekayəsi;
Qırğız ədəbiyyatından Gülzadə Stanaliyevanın “Nəzər” adlı hekayəsi;
Krım-tatar ədəbiyyatından Zera Bəkirovanın “Həyatımın ən ağır günü” adlı hekayəsi;
Tatar ədəbiyyatından Leis Zülqərneyin “Əlvida” adlı hekayəsi;
Türkmən ədəbiyyatından Toylu Canadovun “Təxəllüs” adlı hekayəsi;
Uyğur ədəbiyyatından Mahmud Muhammədin “Doppa haqqında” adlı hekayəsi;
Yakut ədəbiyyatından Arqafena Kuzminanın “Alaaci” adlı hekayəsi.

Kitabın 2024-cü il 28 sentyabr (15:00) tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təqdimatı planlaşdırılır.

Qeyd edək ki, layihə rəhbəri Məleykə Mirzəli Bakı Dövlət Universitetinin “Türk dilləri” ixtisası üzrə doktorantıdır, həmçinin, BDU-da müəllim olaraq fəaliyyət göstərir. Müəllifin tərcüməsində bundan öncə “Çağdaş tatar hekayələri antologiyası” da yayınlanıb.

# 559 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news