Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Akademiyası əməkdaşlıq müzakirə etdilər

Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Akademiyası əməkdaşlıq müzakirə etdilər
calendar 1 dekabr 2022
clock 15:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edildi

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının yeni təyin olunmuş prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Şahin Mustafayevi 11 noyabr 2022-ci il tarixində Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvəsində Beynəlxalq Türk Akademiyasının prezidenti təyin olunması ilə əlaqədar təbrik edərək, ona yeni və məsuliyyətli vəzifəsində uğurlar arzu edib. Günay Əfəndiyeva Fond tərəfindən zəngin Türk tarixinin və mədəni irsinin qorunması, bütün dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, eləcə də hər iki təşkilatın fəal və məhsuldar fəaliyyətinin Türk dövlətləri və xalqlarının daha da yaxınlaşmasına və inteqrasiyasına böyük töhfə verəcəyini vurğulayıb.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev təbriklərə görə Günay Əfəndiyevaya təşəkkür edərək, Türk dünyasında akademik fəaliyyəti əlaqələndirən, Türk xalqlarının qədim və müasir tarixini, dilini, elmini tədqiq edən beynəlxalq təşkilata rəhbərlik etməsinin qürurverici olduğunu bildirərək, Akademiyanın bundan sonra da səmərəli fəaliyyət göstərməsi və Türk Əməkdaşlıq Təşkilatları ilə sıx tərəfdaşlıq etməsi istiqamətində çalışacağını qeyd edib.

Bununla yanaşı, görüşdə Fond və Akademiya arasında əməkdaşlığın daha da genişləndirilməsi, mümkün birgə layihələr ətrafında söhbət aparılıb.

# 1021 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news