Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu

Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu
calendar 23 avqust 2024
clock 17:43

Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu. Türk dünyagörüşünə görə, 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir.

Kulis.az xəbər verir ki, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA, Türk İnvestisiya Fondu kimi təşkilatlar ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib,

Türk dünyasında olan mövcud mədəni əlaqələri daha da möhkəmləndirib. Fond bundan sonra da bu mühüm missiyanı davam etdirəcək, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə işlər həyata keçirəcək.

Xatırladaq ki, 2012-ci il avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurasının Sammitində türk dövlətlərinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.

# 367 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news