Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü gördü

Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü gördü
calendar 17 fevral 2023
clock 16:10

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk mədəniyyətinin dünyada təbliği istiqamətində növbəti layihəyə imza atıb. Layihə çərçivəsində manasşünas alim, tanınmış şair Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” kitabı Fond tərəfindən Azərbaycan və qırğız dillərində çap etdirilib. Üç fəsildən ibarət əsərdə ümumtürk ədəbi-tarixi varisliyi kontekstində manasçılar və manasşünaslar, eyni zamanda türk dastançılığı ilə “Manas”ın ortaq motivləri kimi aktual ədəbi məsələlər tədqiqata cəlb olunub. “Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab Azərbaycanda “Manas” eposununun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır.

Layihənin ideya və ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Ön sözdə ikidilli nəşrin türk tarixində oynadığı roldan bəhs edən Günay Əfəndiyeva türk mədəni dəyərlərinin yaşadılması, mənəvi sərvətlərin qorunması baxımından nəşrin xüsusi önəm kəsb etdiyini vurğulamışdır: “Türk xalqlarının dil və ədəbiyyatının özülü olan qədim dastanların müasir dövrdə elmi tədqiqi türklərin özünüdərk prosesinə təkan verir. Bu baxımdan, əminəm ki, günümüzün tələblərinə uyğun olan bu kitab oxucuların qədim milli dəyərlərimizi daha da yaxından kəşf etməsinə öz təsirini göstərəcəkdir”.

Qeyd edilməlidir ki, Azərbaycan dilindəki əsərin elmi redaktoru professor Elməddin Əlibəyzadə, məsləhətçisi akademik Nizami Cəfərovdur. Qırğız dilindəki nəşrin tərcüməçisi Mukan Asanaliev, elmi redaktor Abdıldacan Axmataliyevdir. Nəşrdə həmçinin Teodor Gertsenin müəllifi olduğu “Manas” dastanına həsr edilmiş illüstrasiyalar yer alıb.

# 1041 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news