Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA-nın Baş katibi ilə görüşdü

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKPA-nın Baş katibi ilə görüşdü
calendar 6 dekabr 2023
clock 14:27

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mərkəzi qərargahında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er ilə görüşüb.

Kulis.az xəbər verir ki, Aktotı Raimkulova dəvət üçün təşəkkürünü bildirərək, ilk növbədə Türkiyə Cümhuriyyətini quruluşunun 100 illiyi münasibətilə təbrik edib.

Görüşdə təşkilatın rəhbəri Türk Dünyasının zəngin mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirən Fondun fəaliyyətindən bəhs edib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətlərinin Parlament Assambleyası arasında mövcud əməkdaşlığı vurğulayaraq, Türk Dünyasının mədəniyyətinin və irsinin qorunması və təbliği sahəsində təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadilələri ilə yekunlaşıb.

# 672 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news