Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirildi

Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirildi
calendar 30 dekabr 2021
clock 14:40

İstanbulda YUNESKO-nun nəzdində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Nəcəfovanın sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgidə 34 rəsm əsəri nümayiş olunan rəssam bildirib ki, bu onun ilk sərgisidir:

“Uzun zamandır sərgi etmək istəyirdim. Sərgimi fərqli keçirmək istədim, heç bir mövzu qoymadım. Hər bir əsərimi çox sevirəm, mənim üçün bir tale, həyatdırlar. Onları nümayiş etdirmək, insanlara təqdim etmək çoxdankı arzum idi. Sərgi zamanı yanımda olan, mənə ruh verən hər kəsə, ailəmə çox təşəkkür edirəm. Dostlarım hər zaman mənə dəstək oldular, çətin zamanlarımda onların verdiyi güclə ilhamlandım və bu rəsmləri ərsəyə gətirdim. İnşallah, Azərbaycanın hər bir bölgəsində sərgi etmək niyyətindəyəm. Hər şey sahmana düşəndən sonra Qarabağda da sərgi keçirmək arzularımdan biridir. Müəllimlərim Refik Aziz, Esmira Gül də mənə çox dəstək oldular, istedadlı olduğumu və bu yolda davam etməyimi istədilər. Onlara sonsuz təşəkkür edirəm və çox şadam ki, şagirdləri olmuşam, həyatımda gözəl izlər qoyublar”.

Sərgidə iştirak edən Refik Aziz Nərminə Nəcəfovaya YUNESKO-nun nəzdində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib.

Qeyd edək ki, sərgidə iş adamları, müxtəlif sənət nümayəndələri iştirak edib. Tədbir zamanı daha çox təbiət mövzusunda rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, N. Nəcəfova bundan öncə pandemiya dövründə iki onlayn sərgi keçirib.

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news