Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub
calendar 4 oktyabr 2024
clock 18:18

Ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tanıdılmasına, tədqiqinə və təbliğinə dair layihələr həyata keçirir.

Kulis.az xəbər verir ki, bu çərçivədə məşhur şərqşünas-alim, professor Yevgeni Bertelsin dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” (“Azerbaycanın büyük şairi Nizami”) əsəri Azərbaycan dilindən türk dilinə tərcümə edilib. Əsəri türk dilinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar çevirib.

Türkiyədə nəşr olunmuş kitabın təqdimatı, habelə aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə olaraq göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab olunur. O, Nizami Gəncəvi ilə yanaşı, Əlişir Nəvai, Əbdürəhman Cami, Sədi Şirazi, Firdovsi və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığını tədqiq edib.

# 764 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news