Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirildi

Türkiyədə “Şuşa – zirvədən uca”  kitabının təqdimatı keçirildi
calendar 14 noyabr 2023
clock 18:50

Noyabrın 14-də Türkiyənin Prezident Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyi, “İrs” nəşriyyat evi və “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi kimi çap olunan “Şuşa – zirvədən uca” kitabının təqdimatı və fotosərgi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Türkiyənin tanınmış dövlət və ictimai xadimləri, o cümlədən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.

Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Bildirilib ki, “Şuşa – zirvədən uca” kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi ilə bağlı faktlar və fotolar əksini tapıb.

Sonra tədbir iştirakçıları Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə tanış olublar. Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.

Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib

# 1024 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news