Türkiyəli aktrisa Amerikada girov saxlandığını açıqladı

Türkiyəli aktrisa Amerikada girov saxlandığını açıqladı
calendar 16 oktyabr 2024
clock 10:37

"Həyat davam edir" serialı ilə şöhrət qazanan aktrisa Meltem Miraloğlu Türkiyədə serial təklifləri ala bilməyəndə Amerikada məskunlaşıb. 2019-cu ildə özündən 48 yaş böyük amerikalı Patrik Qredi ilə ailə quran Miraloğlu uzun müddət müzakirə olunub.

Kulis.az xəbər verir ki, şəxsiyyətinin və sənədlərinin oğurlandığını deyən Miraloğlu ABŞ-də girov saxlandığını bildirib.

Aktrisa açıqlamasında deyib:

"Mən Meltem Miraloğluyam. Cənub-Şərqi Anadolu bölgəsinin Diyarbəkir şəhərində doğulmuşam. Uşaqlıqdan müxtəlif film və seriallarda oynamişam.

Bildirmək istəyirəm ki, çıxışım reportaj məqsədli deyil. Baş vermiş bir cinayəti diqqətinizə çatdırıram. Məqsədim bütün videoların ingiliscə altyazılı olması və bütövlükdə İmmiqrasiya Federal Ali Məhkəməsinin İnsan Haqları hakiminə çatdırılmasıdır. Vəkillə təmin olunmaq və hüquqlarımı müdafiə etmək istəyirəm. Türkiyəyə girişimin qarşısı alınır. Şəxsiyyət vəsiqəmi oğurlayaraq girov saxlanıldığım ABŞ-də mən ABŞ vətəndaşlığı almaq və hüquqarımı bərpa etmək istəyirəm".

# 488 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news