Türkiyənin faciəsi ilə məzələnən azərbaycanlılar

Türkiyənin faciəsi ilə məzələnən azərbaycanlılar
calendar 4 iyul 2023
clock 16:23

Kulis.az Ulucay Akifin “İyrənc zarafatlar edən azərbaycanlılar” adlı yazısını təqdim edir.

Dünən Bakıda zəlzələ oldu. Yüngülvari silkələndik.

Sözüm onda yox, hadisə tez gündəmimizə çevrildi. Hamı bu haqda yazmağa, danışmağa başladı. Bu da normaldır.

Amma məni başqa məsələ narahat etdi.

Olur da, bir də görürsən ki, hansısa türkiyəli Azərbaycan haqqında, Qarabağla bağlı nəsə mənfi bir şey yazır, ya uğursuz zarafat edir. Hamımız həmin statusu, tviti paylaşıb ağzımıza gələni yazırıq, söyürük, deyirik ki, bütün türkiyəlilər belədir.

Fikir verirəm, bizim dünənki zəlzələdən sonra nə qədər adam Türkiyə zəlsələsinə aid xoş olmayan, iyrənc, murdar zarafat edir. Şəxsən tanıdığım, real adamlardı çoxu.

Azərbaycanlılar mövzunu Türkiyədəki zəlzələ faciəsinə bağlayır, guya məzəli nəsə yazmağa çalışır.

Necə iyrənc zarafatlar edirlər.

Yəqin siz də görürsünüz.

Adam necə bu qədər iyrənc, murdar olar ki, elə bir faciə üzərindən zarafat etməyə çalışar?

100 minə yaxın adamın həlak olduğu, ağır xəsarətlər aldığı, milyonlarla adamın doğmalarını itirdiyi, evsiz-eşiksiz qaldığı bir faciəni necə lağlağıya çevirmək olar?

Adam heçmi utanmaz?

İndi qıraqdan biz türkiyəlilərə necə görünürük, sizcə?

Nə düşünürlər bizim haqqımızda?

Biz nə düşünərdik hansısa faciəmiz lağ-lağıya çevrilsə?

Özünüzə sual verin, özünüz cavab verin.


Mən sizə deyəndə ki, azərbaycanlılar özləri haqqında boşuna yüksək fikirdə olmasın, məni daşa basırsınız.

Bir özünüzə qıraqdan baxın da.

Bundan artıq nə deyim?

Hər şeyi lağa çevirirsiniz. Tək dərdiniz hırıldamaqdır. Təki hırıldayasınız.

Sonra da deyirsiniz ki, hökumət belə, dövlət elə, polis belə, demokratiya elə.

Allah haqqı, hələ sizə yaxşı davranırlar.

# 4468 dəfə oxunub

Oxşar xəbərlər

Aslan Kənan

Aslan Kənan

15:43 15 oktyabr 2025
"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Norma
Norma
menu pen all_news