Uilyam Folknerin “Seçilmiş əsərləri” nəşr olundu

Uilyam Folknerin “Seçilmiş əsərləri”   nəşr olundu
calendar 7 iyun 2024
clock 12:35

Dövlət Tərcümə Mərkəzi 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti nəşri – dünyaşöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin “Seçilmiş əsərləri” kitabını ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, yazıçının məşhur “Səs-küy və hiddət” romanına yazılan “Səs-küy və hiddət romanı haqqında” məqalə ilə başlayan kitaba ədibin Nobel nitqi, “Qırmızı yarpaqlar”, “Yanğın”, “O gün şər qarışanda”, “Yağmursuz sentyabr”, “Emili üçün qızılgül”, “Saçlar”, “Qısqanclıq” hekayələri, “Səs-küy və hiddət” romanı ilə yanaşı, tanınmış tərcüməçi Tehran Vəliyevin Folkner yaradıcılığı haqqında qələmə aldığı “Uilyam Folkner və onun Yoknapatofa saqası” essesi də daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri tanınmış bədii tərcümə ustaları Natiq Səfərov, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev və Etimad Başkeçiddir.

Kitabı yaxın günlərdə kitab evləri və mağazalardan əldə etmək mümkün olacaq.

# 597 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news