“Ulduz” jurnalının baş redaktoru ADU-nun qonağı oldu

“Ulduz” jurnalının baş redaktoru ADU-nun qonağı oldu
calendar 9 oktyabr 2023
clock 14:19

Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Mərkəzi tərəfindən “Heydər Əliyev və Azərbaycan mediası” adlı dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə “Ulduz” jurnalının baş redaktoru, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, şair, publisist, Qulu Ağsəs medianın, xüsusilə mətbuatın inkişafında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.

Qulu Ağsəs bildirib ki, 90-cı illərin əvvəllərində respublikada yaranmış gərgin və xaotik vəziyyət Azərbaycan mətbuatından da yan keçməmişdi. Məhz, Ümummilli liderin gərgin səyləri nəticəsində Azərbaycan mediası dinamik inkişaf mərhələsinə qədəm qoyub.

“Ulduz” jurnalının nəşr şöbəsinin müdiri, yazar, publisist Taleh Mansur çıxışında qeyd edib ki, müasir dövrdə medianın ən ümdə vəzifələrindən biri xarici dil bilən gənclərin diqqətini cəlb etmək üçün yollar axtarılmasıdır.

Tədbirdə Ulu öndərin jurnalistlərlə görüşləri haqqında videoçarx nümayiş olunub.

Sonda tələbələrə “Ulduz” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

# 1438 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news