“Ulduz” jurnalının növbəti sayı çıxıb

“Ulduz”  jurnalının növbəti sayı çıxıb
calendar 19 mart 2024
clock 18:00

“Ulduz” jurnalının yanvar sayı çıxıb.

Kulis.az xəbər verir ki, yanvar sayı filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət mətn” yazısıyla açılır.

İlham Abbasov “Nobel mükafatı laureatları” rubrikasında ingilis ədəbiyyatının amerikalı nümayəndəsi Tomas Eliotun həyat və yaradıcılığını incələyir.

“Yeni nəsil: tənqid” rubrikasında filologiya üzrə fələsfə doktoru Gülnar Səma Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”ini təhlil edir.

“Tribuna”da Mirzə Fətəli Axundovun “Nəzm və nəsr haqqında” yazısı yer alıb.

Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik”dən yazır.

“Tribuna”da akademik Kamal Talıbzadə “Firudin bəy Köçərlinin Abdulla Şaiqə məktubları”ndan söz açır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılova ““Bir qış gecəsi əgər bir yolçu” və postmodernizm” yazısını təqdim edir.

Cəlil Nağıyev ““Paris üçbucağı” romanı haqqında düşüncələr”ini oxucularla bölüşür.

Filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy “Yenis nəsil: tənqid”də “Alma”dan yazır.

“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi olan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”ndə “Əsərmi, mətnmi?” dərsiylə Məti Osmanoğludur.

Fəridə Rəhimli “Sevgisini, kədərini şeirə çevirən...” Əbülfət Mədətoğlu yaradıcılığından söhbət açır.

“Dərgidə kitab”da “Lirik şeirlər”lə Mirzə Şəfi Vazehdir.

Bunlar hamısı deyil, “Ulduz” jurnalının bu sayında arzuladığınız xeyli maraqlı müsahibələr, yazılar var.

Xatırladaq ki, “Ulduz” jurnalının yanvar sayı “Yeni nəsil: tənqid” “”Ulduz” jurnalıyla C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsidir.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news