Uşaq Kitabxanasına ekskursiya təşkil edildi

Uşaq Kitabxanasına ekskursiya təşkil edildi
calendar 24 may 2024
clock 17:30

23 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiyaya cəlb olunan uşaqlar üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

Kulis.az xəbər verir ki, ekskursiya zamanı 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.

Ekskursiyanın məqsədi bu kateqoriyadan olan uşaqların ictimai inklüziyası və cəmiyyətə düzgün inteqrasiya edilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin onlarda mütaliə mədəniyyətini formalaşdırmaqla kitaba olan marağın artırılmasıdır.
Tədbir çərçivəsində uşaqlar üçün Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının təqdimatında “Tıq-tıq xanım” və “Qırmızı papaq” nağılları səhnələşdirilib.

Kitabxanada təşkil edilən “Nağıl saatı”nda uşaq yazarı, publisist Gülzar İbrahimova azyaşlı qonaqlara nağıllar oxuyub.

Sonda uşaqlara kitablar hədiyyə edilib.

# 601 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news