Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş keçirildi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş keçirildi
calendar 31 may 2024
clock 14:30

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 4 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.

Kulis.az xəbər verir ki, kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxananın rəsmi saytı haqqında məlumat veriblər.

Məktəblilər kitabxananın “Musiqi” bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə tanış olublar.

“Uşaq ədəbiyyatı” sərgisi ilə tanış olan məktəblilərə kitabxananın fondunda saxlanılan Azərbaycan, rus və xarici dillərdə olan uşaq ədəbiyyatı haqqında geniş məlumat verilib.

Görüş zamanı Yaradıcılıq Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri görkəmli dramaturq Cəfər Cabbarlının “Dilarə” hekayəsindən səhnəciklər nümayiş etdiriblər.

# 460 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news