“Ustad”ın 38-ci sayı uşaqlara həsr olundu

“Ustad”ın 38-ci sayı uşaqlara həsr olundu
calendar 1 iyun 2022
clock 18:20

“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 38-ci sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, dərginin bu sayı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Dərgi ədəbiyyatşünas Mətanət Vahidin mərhum yazıçı Tofiq Mahmuddan bəhs etdiyi “Balacaların dünyasına açılan pəncərə” yazısı ilə başlayır.

Jurnalist Nuranə Abbasova “Kinopasport” rubrikasındakı “Fəlsəfənin adı: “Hakuna Matata” yazısı ilə məşhur “Kral Şir” animasiya filmindən söz açır.

Yazıçı Xəyalə Murad “İkibaşlı” köşəsində “Böyüklər üçün yazılan uşaq kitabı”ndan – “Alisa möcüzələr diyarında”dan bəhs edir.

Balaca müxbirimiz, “Hədəf” Liseyinin 4-cü sinif şagirdi Zeynəb Zeynallının müsahibi isə uşaq yazıçısı Elgüseldir.

“Poeziya” bölməsinin qonağı Cənubi Azərbaycandan olan şair Nurəddin Müqəddəmdir.

Sevinc Elsevər “Bu kino ki var...” rubrikasında “Şəkillər necə canlandı?” yazısı ilə animasiya filmlərinin tarixinə işıq salır.

“Ustadyana” rubrikasında “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz müxbirimiz Humay Hüseynli ilə söhbətləşir.

Yazıçı Nizami Hüseynov “Dəyirman daşı” rubrikasında absurd dil qaydalarını tənqid edir, “Məna növlərindən mənasızlığa” uzanan yoldan danışır.

Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında “Uşaq yazıçılarının psixoanalizi”ni aparır.

Kinoşünas Hacı Səfərov “Bir il, bir kino” rubrikasında “Fokusda uşaqlardır: 2011” yazısı ilə çıxış edir.

Yazıçı Xan Abdulla “Kitab rəfi” rubrikasında “Uşaq tərbiyəsində “rəqəmsal konfet”dən söz açır.

Şair Rasim Qaraca oğlu, daun sindromlu rəssam Təbriz Nəsirovun “Sürreal dünya” sərgisindən danışır.

Balaca müəlliflərimiz Maya Mikayıl və Sevinc İbrahimli Sevinc İbrahimlinin hekayələri yazıçı Sevinc Elsevərin təqdim etdiyi “Gəl uşaq olaq!” rubrikasında yer alır.

“Yerli hekayə” rubrikasının budəfəki qonaqları “Balaca qaya”, “Kolba”, “Qığılcım və buz qəsrin şahzadəsi” hekayələri ilə yazıçılar Əfsanə Laçın və Cəmilə Məmmədlidir.

Dərgi bir qayda olaraq Mirzə Bartlbinin “Sözbaz” rubrikası ilə bitir. Mirzə ”Dördbucaqlı səyahət” resenziyasında Elgüselin “Dil hökmdarlığına səyahət” kitabını tənqid edir.

Qeyd edək ki, “Ustad”ın bu sayındakı rəsmləri uşaq rəssamlar çəkiblər.

Dərginin qiyməti 7 manatdır.

# 1560 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news