V “Animafilm” Beynəlxalq Animasiya Festivalının qalibləri mükafatlandırılıb

V “Animafilm” Beynəlxalq Animasiya Festivalının qalibləri mükafatlandırılıb
calendar 12 sentyabr 2022
clock 13:20

Nizami Kino Mərkəzində V “Animafilm” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib və qaliblər mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, sentyabrın 7-dən 11-dək davam edən festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac” adlanıb.

Bildirilib ki, builki festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla üç əsas proqram təqdim edib. Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışıblar. Ölkəmizdən 16 film müsabiqədə iştirak edib. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyib. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Conatan Laskarın (İsveçrə) ustad dərsi, bundan əlavə Nitya Ramloqan (ABŞ), Tilli Vallace (İngiltərə), eləcə də Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vorkşopları da təşkil olunub.

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək VI festivalın mövzusu “Gender bərabərliyi”nə həsr olunacaq.

# 1153 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news